Azərbaycanlı yazıçı-jurnalist beynəlxalq müsabiqənin qalibi olub

 

 

 

Ufa şəhərində Başqırdıstan Respublikasının yaranmasının 100 illiyi və Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən “Qızıl kuray” Beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunub.

Yeddi nominasiya üzrə keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edib.

Müsabiqədə azərbaycanlı yazıçı-jurnalist, “Ulduz” jurnalının baş redaktorunun müavini Təranə VahidYamantau dağı, başqırd nəğmələri və kuray çiçəyinin sirri” (“Ãîðà ßìàíòàó, áàøêèðñêèå ïåñíè è òàéíà öâåòêà êóðàé”) adlı araşdırma yazısına görə jüri tərəfindən birinci yerə layiq görülüb.

“Qızıl kuray” mükafatını Təranə Vahidə Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova təqdim edib.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.7.