Elektron musiqi mövzusunda ustad dərsləri

 

 

 

Artımlayihə məkanındaDaimi gözəllik: musiqi əsl incəsənət forması kimiadlı elektron musiqi mövzusunda ustad dərsləri keçirilir.

Dərslər zamanı iştirakçılar musiqi sənətinə aid ədəbiyyat məlumatları, musiqi proqramlarından (Ableton) istifadənin əsas məqamlarını öyrənib musiqinin insan şüuruna psixoloji təsirinə dair biliklər əldə edirlər. İştirakçılar yekunda verilmiş mövzu (proqram təminatı üzrə əldə edilmiş texniki biliklər vasitəsilə) əsasında musiqi parçaları yaradacaqlar.

Sentyabrın 6-dək davam edəcək dərsləri bəstəkar-müğənni Diana Hacıyeva aparır.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.2.