Keşikçidağqoruğu beynəlxalq konfranslarda təmsil olunub

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ölkəmizdə və xaricdə keçirilən beynəlxalq konfranslarda iştirak edir. Qoruq əməkdaşları ərazidə olan abidələrin tanıdılması, təbliği, beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif mövzularda məqalələrini konfranslara göndərirlər.

Qoruğun direktoru Musa Mursaquliyev avqustun 23-dən 31-dək Türkiyədə keçirilən beynəlxalq konfranslarda iştirak edib.

M.Mursaquliyev 23-25 avqust tarixində Mardin şəhərində keçirilən II Beynəlxalq Artuklu Multidissiplinar Çalışmalar Konqresində “AveyKeşikçidağ qoruqlarındakı abidələrin oxşar xüsusiyyətləri”, 26-27 avqustda Adıyaman şəhərində keçirilən Xoca Əhməd Yəsəvi Beynəlxalq Elmi Araşdırmalar Konqresində “Azərbaycanın AğstafaQazax bölgələrində arxeoloji qazıntıların dünəni və bu günü”, 28-31 avqustda isə İzmirdə keçirilən Beynəlxalq Elmi Araşdırmalar Simpoziumunda “Azərbaycanın qərb bölgəsi abidələrində incəsənət motivləri” adlı məruzələrlə çıxış edib.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.

Gələcəkdə ölkəmizdə də bu cür beynəlxalq konfransların keçirilməsi, həmçinin Azərbaycanın qərb bölgəsinə alim və arxeoloqların cəlb olunduğu yay məktəbinin təşkil olunması barədə müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.3.