Multikultural Azərbaycan” internet resursu fəaliyyətə başlayıb

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlananMultikultural Azərbaycan” (multikultural.az) internet resursu 1 sentyabr tarixindən rəsmən fəaliyyətə başlayıb. Azərbaycan, rus ingilis dillərində fəaliyyət göstərən sayt ölkəmizdəki mədəni müxtəlifliyi təbliğ edir.

SaytMədəni müxtəliflik” (mədəniyyət, incəsənət), “Multikulturalizm” (milli siyasət, beynəlxalq sənədlər), “Azərbaycançılıq”, “Tolerantlıq s. bölümlərdən, “Milli azlıqlar”, “Xəbər”, “Müsahibə”, “Foto”, “Video”, “Tədbirlər”, “Multikultural nəşrlərkimi altbölümlərdən   rubrikalardan ibarətdir. Saytın hər üç dildə mobil versiyası, sosial platformalarda səhifələri (Facebook, İnstagram, Tvitter) istifadəçilər üçün aktivdir.

İnternet resursu Mədəniyyət Nazirliyinin dəstəyi iləKamillikVətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyiİnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılmasılayihəsi çərçivəsində ərsəyə gətirilib.

Layihə çərçivəsində milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrənilib, Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılıb saytda yerləşdirilib. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı elektron media resurslarının statistikası aparılıb, mədəni müxtəlifliyin təbliğində rolları öyrənilib.

Layihənin sonrakı dövründə milli azlıqların mədəniyyətləri, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq. Dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğində rolu diqqətə çatdırılacaq.

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.3.