Milli İncəsənət Muzeyində “Musiqi xəzinəsi”

 

 

 

Azərbaycan Milli İncəsənət Muzeyi doğma musiqimizi təbliğ etmək, tanıtmaq, yaşatmaq, eləcə də milli musiqi alətlərinə sevgi aşılamaq məqsədilə uşaqlar üçün sentyabr ayı boyuncaMusiqi xəzinəsi” adlı yeni layihə həyata keçirir.

Muzeydən bildirilib ki, uşaqlar proqram boyunca milli musiqi alətləri ilə tanış olacaq, korifey sənətkarların əsərlərini dinləyəcək, əyləncəli və maarifləndirici ustad dərslərində iştirak edəcəklər. Proqramda təqdim edilən ustad dərsləri balacaların musiqi duyumunun zənginləşməsinə, bədii zövq və yaradıcılıq təxəyyülünün inkişafına yardımçı olacaq.

Həmçinin balacalar Milli İncəsənət Muzeyinin iki tarixi binasını ziyarət edəcək. Millidünya bədii irsini yaşadan incilərin sehrində keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək tövsiyə olunur.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.2.