Gənclərə örnək ağsaqqallar

 

 

 

Salyan rayon Mədəniyyət Mərkəzində “Gənclərə örnək ağsaqqallar” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Rayon Ağsaqqallar Birliyinin, QarabağBöyük Vətən müharibəsi veteranlarının, “MuğanRegional Yazıçılar Birliyinin iştirakı ilə gerçəkləşən tədbir çərçivəsində vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgi təşkil edilib.

Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev, təqaüdçü mədəniyyət işçisi Qaraxan Mənsumov,  tarixçi Sahib Həsənov və başqaları çıxış edərək gənclərə, vətənə məhəbbət hissindən danışıblar.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.5.