Nəsiminin “İraq divanı” Türkiyə türkcəsində

 

 

 

Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

 “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 2000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub. Nəsiminin “İraq divanı”nı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitab İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən hazırlanmış Tədbirlər planına uyğun olaraq nəşr edilib.

“İmadəddin Nəsimi. İraq divanı” “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.3.