İndoneziya mədəniyyəti festivalı

 

 

 

Sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyəti festivalı keçiriləcək. “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaqdevizi altında gerçəkləşəcək festival İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan üçüncü belə tədbirdir.

Festivalın açılış mərasimi sentyabrın 11-də Heydər Əliyev Sarayında keçiriləcək. Gecənin bədii hissəsində İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavan çıxış edəcək. Konsertdə həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin rəqs nömrələrini təqdim edəcəklər. “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcək.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.1.