“Qız qalası. Qadın olmaq

 

 

Bakıda müasir incəsənət festivalı keçiriləcək

 

Sentyabrın 17-dən 27-dək Bakıda “Qız qalası. Qadın olmaq” (“Maiden Tower. To Be a Woman”) adlı müasir incəsənət festivalı keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin üzv dövlətlərin səfirlikləri yerli tərəfdaşları ilə birlikdə təşkil etdiyi festival paytaxtla yanaşı regionları da əhatə edəcək.

Müasir incəsənət festivalının mövzusu Azərbaycan qadınlarının təməl hüquq azadlarının, o cümlədən seçki hüququnun 100 illiyi ilə əlaqəlidir. Layihə ölkəmizdə, eləcə bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, pablik art, video art, poeziya gecəsi, tematik film nümayişləri daxildir.

Festivala Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB- üzv ölkələr, eyni zamanda Gürcüstan, Moldova, Ukrayna kimiŞərq tərəfdaşlığı”na üzv ölkələr İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, muzey sahəsində çalışanlar, kurator rəssamlar qatılacaq.

Festivalın beynəlxalq yerli iştirakçıları, dövlət strukturları institutlar gender bərabərliyi mövzusunda öz şəxsi professional təcrübələrinə əsaslanaraq müzakirələr fikir mübadiləsi aparacaqlar.

Qız qalası. Qadın olmaqfestivalının təşkilatçı iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir düşüncələrini əks etdirir, eləcə dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.

Layihə Əməkdar rəssam Sabina Şıxlinskayanın ilkin təşəbbüs kuratorluğu altında keçirilir. Qız qalası. Qadın olmaqbeynəlxalq festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərlə yanaşı, Azərbaycanın sənət mədəniyyət aləminin müvafiq qurumları dövlət strukturları, eləcə digər təşkilatların birgə tərəfdaşlığı altında gerçəkləşəcək.

Bu tədbir “İMAGINE-Avro Tolerantlıqfestivalı FantaziyaMədəni İrs festivalından sonra ölkəmizdəki Avropa Birliyinin nümayəndəliyi tərəfindən maliyyələşdirilən Avropa dəyərlərini prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Qeyd edək ki, Avropa Birliyinin sponsorluğu ilə növbətiFantaziyafestivalı noyabrın 1-dən 15-dək keçiriləcək.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.1;3.