“Məndə sığar iki cahan...”

 

 

Məşhur müğənni Sami Yusufun Nəsiminin qəzəli əsasında hazırladığı kompozisiya internetdə rekord baxış qazanıb

 

Azərbaycan əsilli dünya şöhrətli müğənni və bəstəkar Sami Yusufun dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrilib. “Məndə sığar iki cahan...” musiqili kompozisiyasını ilk gündə 200 minə yaxın insan izləyib.

Qeyd edək ki, məşhur müğənni bu kompozisiyanı ilk dəfə bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib. Müğənni ilə səhnəni xanəndə Təyyar Bayramov, aşıq Samirə və instrumental ifaçılarımız bölüşüblər.

Xatırladaq ki, Dünya İrs Komitəsinin Bakı sessiyasının açılış mərasimi üçün  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı möhtəşəm mədəni proqram hazırlanmışdı. Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salan proqramın yaradıcı prodüseri Andrey Baltenko (Rusiya), musiqi proqramının müəllifi isə Sami Yusuf olub.

Doqquz elementdən ibarət proqramQobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunub.

Müğənni Sami Yusufun konsertinŞirvanşahlar sarayı”, “Girdim yarın bağçasına” və “Nəsimi poeziyası”na həsr olunmuş hissələrini özYouTube” kanalında paylaşması böyük izləyici marağı doğurub. Konsertdən digər görüntülər də tezliklə yayımlanacaq.

Böyük Britaniyada yaşayan müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. İlk albomuAl-Muallim” ilə şöhrət qazanan müğənni “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzuelan olunub.

Sami Yusuf və Azərbaycan sənətkarlarının birgə ifasında səslənən mədəni proqramın bir hissəsini bu linkdə izləyə bilərsiniz…

***

Yeri gəlmişkən, dekabrın 8-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf Özbəkistan paytaxtında konsert proqramı ilə çıxış edəcək.

Daşkənddə “Humo Arenada reallaşacaq konsert proqramında müğənni ən sevilən mahnılarını ifa edəcək.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.3.