Kitablarımız Tacikistanda nümayiş olunub

 

 

Tacikistan Milli Kitabxanasında beynəlxalq kitab sərgisi keçirilib. Sərgidə Tacikistanda fəaliyyət göstərən səfirliklər və ölkənin nəşriyyatları təmsil olunub.

Azərbaycanın Tacikistandakı səfirliyi də sərgiyə qatılıb.

Səfirliyimiz üçün ayrılmış guşədə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşrlər, Xalq yazıçısı Elmira Axundovanın tacik dilində çap olunan “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları nümayiş etdirilib.

Guşədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabları, Nizami Gəncəvinin “Xəmsə”si, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, həmçinin “Azərbaycan xalçaları” silsiləsindən nəşrlər də yer alıb.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.4.