Yubilyarlara həsr olunmuş sərgilər

 

 

Sentyabrın 5-də Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim Hidayət Orucovun anadan olmasının 75 illiyi münasibətilə kitab sərgisi açılıb.

Sərgidə müəllifin ədəbiyyat, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz, türk xalqlarının deportasiyası və soyqırımına həsr olunmuş Azərbaycan, rus və digər dillərdə çap edilən əsərləri, tərtib etdiyi, rəyçisi, redaktoru olduğu və haqqında yazılan kitablardövri mətbuat materialları nümayiş olunur.

Sentyabrın 8-də tanınmış sənətşünas alim, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin 70 yaşı tamam olub. Bu münasibətlə Milli Kitabxanadaİlham Rəhimli  70” adlı kitab sərgisi təşkil edilib.

Sərgidə müəllifin əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablardövri mətbuat materialları yer alıb.

 

Mədəniyyət.- 2019.- 11 sentyabr.- S.4.