Vaqif Sultanlının romanı Böyük Britaniyada nəşr olunub

 

 

 

Yazıçı Vaqif SultanlınınSəhra savaşı” (“Struggle in the desert”) romanı Böyük Britaniyada nəşr olunub.

LondonunRossendale books” nəşriyyatında yayımlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirib. Roman yazıçı-tərcüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilib.

Şərti-metafîrik üslubda qələmə alınmış rîmanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.

Səhra savaşıçağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə epizodlarla şərtlənir.

“Səhra savaşı” romanı Türkiyə və Rusiyada da nəşrə hazırlanır.

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.7.