Özbəkistan portalıArşın mal alanhaqqında

 

 

 

Özbəkistanın nargis.uz portalında rus dilindəArşın mal alan: müsəlman Şərqində birinci operettanın tarixisərlövhəli məqalə verilib.

Materialda qeyd edilir ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli bu əsəri 1913-cü ildə yazıb.

2013-cü ildə müsəlman Şərqinin ilk operettası olanArşın mal alanəsərinin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.

Yazıda əsərin mövzusu haqqında da danışılır, bildirilir ki, operettada Azərbaycan xalq mahnılarının motivlərindən geniş istifadə edilib.

Qeyd edilir ki, 1913-cü il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açır.

1915-ci ildə Tiflisdə tamaşa ilə bağlı maraqlı rekord qeydə alınıb. Əsər bir gündə altı səhnədə altı dildə - Azərbaycan, gürcü, rus, aysor, ivrit erməni dillərində tamaşaya qoyulub.

Məqalədə Amerika ermənilərininArşın mal alanəsərini özününküləşdirmək cəhdi, operetta əsasında film çəkmələrindən söhbət açılır.

Yazıda xüsusi olaraq qeyd edilir ki, 1945-ci ildə Bakıda “Arşın mal alanfilmi çəkilir və dünyanın 80 dilinə dublyaj olunur, 150-dən artıq ölkədə göstərilir.

 

Mədəniyyət.- 2019.- 13 sentyabr.- S.8.