Bizi birləşdirən mədəniyyət”

 

 

 

“Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun aparıcılığı ilə kanaldaBizi birləşdirən mədəniyyət” adlı yeni layihə efirə başlayır.

Bu barədə məlumat verən Ramil Qasımov bildirib ki, yeni veriliş “Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsidir: “Azərbaycan Televiziyasında ölkəmizin mədəniyyətinin inkişafı və təbliğinə xidmət göstərən verilişlərin sırasına daha bir verilişimiz qoşulur – “Bizi birləşdirən mədəniyyət”... Verilişimizin əsas qayəsi zəngin mədəniyyət tariximizi, əsrlərdən süzülüb gələrək bu günümüzə çatmış qədim milli-mənəvi dəyərlərimizi, tarixdə iz qoymuş sənətkarlarımızı təbliğ etmək, müasir dövrdə formalaşan, yetişən istedadlı gəncləri xalqımıza tanıtdırmaqdır. Əlbəttə ki, bütün bu işlərdə ölkəmizin, ölkə rəhbərliyinin göstərdiyi diqqət, qayğı danılmazdır. Verilişimizdə, həmçinin qarşıda duran vacib məsələlər haqqında müzakirələr aparmağı planlaşdırırıq”.

Verilişin ilk qonağı Mədəniyyət naziri Əbülfəs Qarayevdir. Verilişin ilk buraxılışı Milli Musiqi Günü – sentyabrın 18-də, saat 21:30-da kanalda yayımlanacaq.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.2.