Kitabxana filiallarının hesabatları dinlənilib

 

 

Lənkəran şəhər Mərkəzi Kitabxanasında keçirilən müşavirədə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarının fəaliyyəti müzakirə olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli son aylar görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.

Müşavirədə ilin səkkiz ayında görülmüş işlərlə bağlı filial kitabxanalarının hesabatları dinlənilib. Çıxış edənlər mədəniyyət sahəsində mövcud olan problemlərlə bağlı fikirlərini bildiriblər.

Müşavirəyə yekun vuran Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən aparılan monitorinq barədə danışıb. Monitorinqlərin davam etdirildiyini bildirən idarə rəisi müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.4.