Xalq artisti musiqi məktəbinə direktor təyin edilib

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən, Ə.Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinə yeni təyinat olub. Məktəbin direktoru vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.

Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən müsabiqənin, 2010-cu ildə Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub. 2006-cı ildə respublikanın “Əməkdar artisti” fəxri adına, 2015-ci ildə “Xalq artisti” adına layiq görülüb. Tanınmış vokal ifaçısı 2016-cı ildə öz adını daşıyan Musiqi mərkəzini yaradıb.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.4.