“Sizləri xatırlayarkən...”

 

 

Səməd Vurğunun ev-muzeyiVaqif  Səmədoğlu mərkəzinin təşəbbüsü ilə “Qrammofon  ədəbi layihəsi çərçivəsində sentyabrın 14-də “Sizləri xatırlayarkən...” adlı musiqili poeziya gecəsi keçirilib.

Kamran M. Yunisin və Xəzər Süleymanlının təqdimatında gerçəkləşən tədbiri muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açıb.

Aparıcılar Səməd Vurğunun şeirlərini söyləyiblər.

Böyük şairin nəticəsi, gənc istedad Vurğun Vəkilov royalda Q.QarayevF.Şopenin əsərlərini ifa edib.

Filoloq Məti Osmanoğlu, ədəbiyyatşünas İntiqam Qasımzadə, bəstəkar Elnarə Dadaşova, musiqişünas Zümrüd Dadaşzadə və rəssam Qafar Sarıvəlli Səməd Vurğunun ailəsi ilə bağlı ürək sözlərini bölüşüblər. Xalq artisti Ülviyyə Hacıbəyovanın royalda ifası gecəyə xüsusi rəng qatıb.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.4.