Şairlər İranda şeir festivalına qatılıblar

 

 

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində XIV Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib.

Türkdilli şairlərin qatıldığı festivala 250 əsər təqdim olunub. Ölkəmizi festivalda Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvləri Nicat Nəsri Adil Əkbər təmsil edib. Festivalda münsiflər arasında bölmənin sədri Arif Buzovnalı da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluğun möhkəmləndirilməsində ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda ən gözəl 12 əsər müəllifinə diplom və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 18 sentyabr.- S.7.