Niyazinin mənzil-muzeyinin 25 illiyi qeyd edilib

 

 

Sentyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin açılışının 25 illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə muzeyin 25 illik fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldular.

Sonra Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılış mərasimindəki nitqinin videoyazısı muzeyin 25 illik fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək muzey haqqında məlumat verdi. Bildirdi ki, bu mədəniyyət ocağı maestro Niyazinin zəngin irsini, xatirəsini yaşadır. O, bu mənzildə 1958-ci ildən ömrünün sonunadək – 1984-cü ilədək yaşayıb, yaradıb.

Mədəniyyət Nazirliyinin Muzey işi mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova çıxış edərək muzeylərə diqqət qayğıdan danışdı. Bildirdi ki,  respublikamızda muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib.

Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin 25 illik fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, muzeyin əsas vəzifəsi maestronun həyat yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, bu irsi gələcək nəsillərə tanıtmaqdır.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın adından şöbə müdiri Arifə Zülfüqarova çıxış edərək muzeyin rəhbərliyinə əməkdaşlarına fəxri fərman pul mükafatları təqdim etdi.

Tədbir bədii hissə ilə davam etdi. Pianoçu, Əməkdar artist Adilə Əliyeva, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistləriəməkdar artistlər Elnur Zeynalov, Elxan Mansurov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Fərid Əliyev, solistlər Taleh Yəhyayev, Nina Makarova, Rəvanə Əmiraslanlı, Nərgiz Ağayeva, Azərbaycan Televiziya Radiosunun solistləri Ayan Tohidi Bəsti Qasımovanın ifalarında konsert proqramı təqdim olundu.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.6.