Nəsiminin 650 illiyi şərəfinə layihə Berlində maraqla qarşılanıb

 

 

Xəbər verildiyi kimi, sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təqdim olunub.

Sentyabrın 19-da Bəstəkarlar İttifaqında bu layihəyə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, “İnciqanun qrupunun rəhbəri, Əməkdar artist Təranə Əliyeva, Akademik OperaBalet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova, Milli Konservatoriyanın professoru, Əməkdar artist İlham Nəcəfov və konsertdə çıxış etmiş ifaçılar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Firəngiz Əlizadə bildirdi ki, Bəstəkarlar İttifaqı ilk dəfə özünün təşəbbüsü ilə Almaniyada üç gün konsert verdi. Birinci gün balet truppasının iştirakı ilə “Nəsimiyə ithaf” əsəri təqdim olundu: “Bu səhnə əsərinin təqdimatında xoreoqraf Nailə Məmmədzadənin böyük əməyi var. Anar Mikayılov da Nəsiminin obrazını çox gözəl canlandırdı”.

Firəngiz Əlizadə konsertin birinci günündə bəstəkar Aliyə Məmmədovanın “Mərhəba” əsərinin və Tahir İbişovun “İşıqdan qopmuşlarsimli kvartetvokal ifaçısı üçün musiqili kompozisiyasının səsləndirildiyini də vurğuladı.

Konsertin ikinci günündə daha çox musiqi parçaları təqdim olunub. Firəngiz Əlizadənin simli kvartet üçün “Muğamsayağı” əsəri və Səid Qəninin “İstəməz” pyesi, eləcə də Mütəllim Dəmirovun ifasında bəstəkar Firudin Allahverdinin “Hardadır yaradanmusiqili kompozisiyası səsləndirilib.

F.Əlizadə üçüncü konsertinTeatronsalonunda  keçirildiyini bildirdi: “Bunlarhamısı böyük uğurdur. Bildiyiniz kimi, “Nəsimi ili” çərçivəsində Azərbaycanda bir sıra  tədbirlər keçirilib. Almaniyada keçirilən konsert isə “Nəsimi ili”nə böyük töhfə oldu. İnanırıq ki, Almaniyada da Nəsimini sevdirə bildik”.

Xalq artisti alman oxuculara Bəstəkarlar İttifaqının hazırladığı broşürlərin təqdim edildiyini də vurğuladı: “Bu broşürlərdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarımız, Azərbaycanda keçirilən musiqi festivalları haqqında məlumatlar əks olunub”.

Əməkdar artist İlham Nəcəfov isə bütün musiqiçilərin konsertdə çox yüksək səviyyədə iştirak etdiklərini bildirdi: “Xalq musiqi alətlərimiz də alman dinləyicilərinə çox xoş təsir bağışladı”.

Bəstəkar Aliyə Məmmədova konsertdə ifa edilən əsərlərin üçünün yeni olduğunu söylədi: “Onların məşqi də konsertdən bir neçə ay əvvəl olmuşdu. Musiqiçilərimiz böyük uğurla çıxış etdilər”.

Qeyd edək ki, Berlində keçirilmiş konsertdə bəstəkarlar Firəngiz Əlizadə, Cəlal Abbasov, Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişovFirudin Allahverdinin əsərləri ifa olunub. Konsertdə xanəndələr – Qədim musiqi alətləri ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, OperaBalet Teatrının solisti Mütəllim Dəmirov, soprano Afaq Abbasova çıxış ediblər. Nəsimi obrazını OperaBalet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 20 sentyabr.- S.1;3.