Bakı payızının ilıq notları

 

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir

 

Bakının payız günlərinə xüsusi bir ovqat qatan musiqi bayramı – XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində rəngarəng konsert proqramları davam edir. Festivalın daha bir musiqi axşamı sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirildi. Konsertin elə adından diqqətçəkən məqam rusiyalı dirijorun Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrini idarə etməsi idi.

V.V.Andreyev adına Rusiya Dövlət Akademik Orkestrinin bədii rəhbəri, Rusiyanın Xalq artisti, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının professoru Dmitri Xoxlovun dirijorluq etdiyi konsert proqramı dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının “Uvertüra”sı ilə açıldı. Ardınca xalq musiqisi üslubunda yazan rus bəstəkar Modest Musorqskinin “Sərgidən şəkillər” məcmuəsindən “Köhnə qala” səsləndirildi.

İtaliyalı bəstəkar və dirijor Vittorio Montinin hamımıza tanış olanÇardaş” əsərini beynəlxalq müsabiqə laureatı Kamil Hüseynzadənin marinba alətində səsləndirməsi də alqışlarla qarşılandı. Pyotr Çaykovskininİlin fəsilləri” məcmuəsindən “Payız nəğməsi”nin ardınca yer solo ifaya verildi. Bu dəfə rumın skripkaçı-bəstəkarı Qriqoraş DinikununMart yallısı”nı respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva kamançada ifa etdi.

Yüksək əhvala köklənən proqram P.ÇaykovskininŞelkunçik” baletindən “Valsla davam etdi. Proqramda görkəmli Azərbaycan bəstəkarları Qara QarayevinYeddi gözəl” baletindən “Yürüş” və “Vals”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” gecənin musiqi palitrasına əlavə rəng qatdı.

Balet parçalarının ardınca Fikrət Əmirovun “Sevil” operasından “Balaşın ariyası” Əməkdar artist Ramil Qasımovun ifasında maraqla dinlənildi. Qara Qarayev yaradıcılığından “İki rəqs”in ardınca Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Əməkdar artist İlham Nəzərovun ifasında ayrı bir şövqlə səsləndi.

Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi festivalın daha bir qonağı – ÇininSilk RoadKunmin Filarmonik Orkestrinin ixtiyarına verilmişdi. Əməkdar artist Əyyub Quliyevin dirijorluq etdiyi konsertin solistləri Rusiyanın Xalq artisti, violonçelçalan Sergey Roldugin, pianoçu Miroslav Kultişevtruba ifaçısı İsrafil Rəsulov idi. Proqramda L.Himinq, X.Penq, D.Şostakoviç, Y.Haydn, R.Ştrausun əsərləri səsləndi.

Üzeyir festivalının Bakı payızına sənət zövqü gətirən konsert proqramları sentyabrın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.1.