Akademik Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif olunub

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Nizami Qulu oğlu Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi, türkoloq, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov ölkənin ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə təltif edilib.

Sentyabrın 21-də akademik Nizami Cəfərovun 60 yaşı tamam olub.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.2.