Üzeyir festivalında “Rast” dünyası”

 

 

 

Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert proqramı təqdim olunub. Musiqi gecəsi XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Konsert proqramının aparıcısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə ənənəvi olaraq təşkil edilən musiqi bayramının əhəmiyyətindən söz açıb. Bildirib ki, hər bir insanın içində öz musiqisi var: “Bu musiqi fərqli olsa da, insanları birləşdirə bilir. Üzeyir festivalı da rəngarəng proqramı ilə məhz bu amala xidmət edir. Bugünkü konsert öz fərqliliyi ilə seçilir. Bu axşam “Rast”ın dərin fəlsəfəsindən zövq almaq imkanı qazanacağıq. “Rast” dünyası” bizdə coşqunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradacaq”.

Tədbirdə Azərbaycan musiqisini, muğamını çox sevən, təbliğ edən ud ifaçısı və müğənni Fəraməz Gərmrudinin “Rast”: təsniflər və rənglər” kitabının təqdimatı da keçirilib. Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, sənətşünaslıq üzrə fəlsədoktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Xalq artisti, tarzən Möhlət Müslümov kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər. Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdim olunan nəşr milli musiqimizə töhfə kimi səciyyələndirilib.

Konsert proqramında tamaşaçılar “Könül” ansamblının müşayiəti ilə xalq artistləri Aygün Bayramova, Nəzakət TeymurovaTeyyub Aslanovun ifalarını dinləyiblər. Xanəndələrin hər birininRast” muğamına özünəməxsus yanaşma nümayiş etdirməsi alqışlarla qarşılanıb.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.3.