Neft Daşlarında konsert

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində 20 sentyabr – Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə kompleksi önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsində “Əsrin müqaviləsi”nin ölkəmizin həyatında rolundan danışılıb.

Sonra tanınmış incəsənət ustaları gözəl ifaları və rəqsləri ilə neftçilərin peşə bayramını təbrik ediblər.

 

Mədəniyyət.- 2019.- 25 sentyabr.- S.5.