Milli incəsənəti və tarixi gerçəkləri dünyada tanıdan nəşrlər

 

 

 

Heydər Əliyev Fondu fəaliyyətə başladığı dövrdən – 15 ildir milli mədəniyyətimizin, tariximizin, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühüm nəşr layihələri də həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Fondun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihələr sırasında milli musiqi mədəniyyətimizin, o cümlədən muğam sənətimizin təbliğinə töhfə verən nəşrlər xüsusi yer tutur.

“Azərbaycan muğamları” layihəsi çərçivəsində nəşr edilən “Qarabağ xanəndələri” musiqi albomuna eyniadlı kitabça və 24 xanəndənin ifasında muğam parçalarından ibarət 3 CD daxildir. Albom Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində nəşr edilib. İkicildlikMuğam ensiklopediyasıAzərbaycan muğam sənəti barədə 1300-dən çox məqalənin toplandığı zəngin topludur. Layihə çərçivəsində hazırlananAzərbaycan xanəndələrisəs yazısı kolleksiyasında görkəmli muğam ustalarının təkrarsız ifaları yer alıb.

FondunÜzeyir dünyasılayihəsi mədəni irsimizə dəyərli töhfədir. LayihəyəÖmür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii publisistik əsərlərikitabları, “Leyli Məcnun”, “Koroğluoperalarının, “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarının klavir, libretto CD-ləri daxildir.

Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsindəMuğam haqqında əlyazmalar toplusu” (2014) nəşr olunub. 3 kitabdan ibarət topluya AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxil edilib.  2011-ci ildə nəşr olunanQara Qarayev. Həyat yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə ithaf olunmuşMansurovlarkitabları da musiqi sənəti salnaməmizə töhfədir.  Fond tərəfindən böyük bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirova həsr olunmuş musiqi albomu (2014) da işıq üzü görüb. Nəşrə Fikrət Əmirovun həyat zəngin yaradıcılığından bəhs edən kitab, bəstəkarınSeviloperası “Min bir gecəbaletinin DVD-ləri, əsərlərinin toplandığı CD-lər daxildir.

Dünya şöhrətli Azərbaycan alimi Nəsirəddin TusininƏxlaqi-Nasiriəsəri, görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin roman hekayələrinin toplandığı kitablar oxucular tərəfindən maraqla qarşılanıb. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindənAzərbaycanda alman izləri” (alman dilində) kitabı çap olunub. Kitabda alman səyyahların müxtəlif dövrlərdə Azərbaycan haqqında verdikləri məlumatlar, ölkəmizdə almanların məskunlaşması adamlarının Azərbaycanda fəaliyyəti, arxitektorların inşa etdikləri binalar s. haqqında geniş bilgilər verilib.

***

Heydər Əliyev Fondu Azərbaycanın haqq səsinin dünyada yayılmasına yönəlmiş nəşr layihələrinə mütəmadi dəstək göstərir. “Qarabağ həqiqətləritoplusu (2005) “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”,  Azərbaycana qarşı erməni təcavüzünün nəticələriadlı beş bukletdən ibarətdir. Bukletlər toplusu ingilis, fransız, alman, rus, macar yapon dillərində nəşr olunub.

 Müharibə tarixi mədəniyyət abidələrimizkitabında (2006) Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarixi mədəniyyət abidələri, ziyarətgahlar, məscid məbədlər haqqında məlumat verilir. Heydər Əliyev Fondu Xarici İşlər NazirliyininQarabağ haqqında həqiqətlərseriyasından ingilis dilində nəşri olanAzərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınmasıkitabında (2007) da işğalçı dövlətin mədəniyyətimizə, maddi-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən onun acı nəticələrindən bəhs olunur.

Dünya şöhrətli fotoqraf Reza Deqatinin “Günahsızların qırğını” kitabı (2014) ingilis və fransız dillərində nəşr olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində rus dilində də nəşr olunan eyniadlı kitabda fotojurnalistin XX əsrin 80-ci illərinin sonlarından başlayaraq ermənilərin xalqımıza qarşı törətdiyi qırğınlar, o cümlədən 1990-cı ilin 20 yanvar qətliamı və 1992-ci ilin 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı zamanı lentə aldığı fotolar toplanıb.

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.3.