Aşıq şeiri antologiyası

 

 

 

Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanan “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” “Gənclik” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

Antologiyanı nəşrə hazırlayanlar Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və ADMİU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, redaktoru  filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Toplu hazırda yaşayıb-yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı nəşr əsrlərlə yaranan aşıq şeiri ənənəsinin bu gündavam etdiyini göstərir.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.5.