Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” Almaniyada nəşr olunub. Fonddan bildirilib ki, antologiyada Məhsəti Gəncəvidən (XII əsr) bu yana yaşayıb-yaratmış görkəmli qadın şairlərimizin əsərlərindən seçmələr toplanıb.

Topluda Xurşudbanu Natəvan, Ağabəyim ağa, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli kimi qadın şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığı haqqında məlumatlar da verilib.

Nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi ucalıq” adlı ön sözü ilə açılır. Kitab Almaniyada fəaliyyət göstərən Asiya Akademiyası ilə işbirliyi çərçivəsində K.Kil tərəfindən alman dilinə tərcümə edilibOrxan Arasın redaktorluğu ilə işıq üzü görüb.

Fondun layihəsi üzrə “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” bundan öncə italyan dilində nəşr edilib və keçən ilin dekabrında Romada təqdimatı keçirilib. Antologiyanın digər dillərdə də çapı nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.8.