Yaradanlaryaşadanlarda Tükəzban İsmayılova yad olunub

 

 

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlaryaşadanlar” layihəsi çərçivəsində görkəmli müğənni, Xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuş konsert təşkil olunub.

Tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə Tükəzban İsmayılovanın repertuarından mahnılar səslənib.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.6.