Sehrli simlər ansamblının debüt konserti

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış Sehrli simlər violinçilər ansamblının Beynəlxalq Muğam Mərkəzində debüt konserti olub.

Konsert Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni ilə həsr olunub. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayevadır.

Konsertdə bir-birindən gözəl musiqi əsərləri təqdim olunub.

Gənc ifaçıları respublika beynəlxalq müsabiqələr laureatı Ləman Hüseynova Fəqan Həsənli müşayiət ediblər.

Ansambl V.Adıgözəlovun Laylay, Azərbaycan xalq mahnısı Sarı gəlin, E.Elqarın Salut ol, Amur, O.Farresin Quizasbaşqa əsərləri ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatıb və sürəkli alqışlarla qarşılanıblar.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.6.