Uşaqlar üçün yeni kitab

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanasının yazıçı-publisist, şairə Sevinc Xəlilqızı (Basqallı) ilə birgə həyata keçirdiyi layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları” (Дети – сияние планеты”) kitab işıq üzü görüb.

Kitabda Vətənə, torpağa, təbiətə sevgi hissləri aşılanır, uşaq və yeniyetmələrə dostluq, mərdlik, cəsarət, xeyirxahlıq haqqında maraqlı və faydalı məlumatlar verilir. Kitabda xeyirxah insan, tanınmış mesenat Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş poema da yer alıb.

Layihənin rəhbəri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Kitab UNESCO-nunİnformasiya hamı üçün” Proqramı Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının təşkilati dəstəyi ilə hazırlanıb.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.7.