Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab

 

Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş Qara QarayevinYeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitab (rus dilində) sənətsevərlərin ixtiyarına verilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabdaYeddi gözəl” baletinin premyeradan günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim olunur.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.3