Daşkənddə azərbaycanlı uşaqlar üçün bayram şənliyi

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) bu ölkədə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib. Şənlikdə 100-ə yaxın azərbaycanlı uşaq iştirak edib.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova uşaqları təbrik edib. Sonra bayram tamaşası göstərilib. Uşaqlar şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər. Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonda Şaxta babaQar qız tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.8.