Mərkəzi İncəsənət Məktəbində bayram tədbiri

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Yeni il ərəfəsində bayram tədbiri və məktəbin yenilənmiş saytının təqdimatı keçirilib. Əvvəlcə məktəbin qarayev-mektebi.az saytının təqdimatı olub, sayt haqqında ətraflı məlumat verilib.

Bayram tədbirində 2018-ci ildən məktəbdə fəaliyyətə başlayan estrada sinfi şagirdlərinin ilk çıxışı alqışlarla qarşılanıb. “İpək Yolukamera ansamblının müşayiəti ilə səslənən bir-birindən maraqlı ifalar qonaqlar tərəfindən sevinclə izlənilib.

Təqdimat və bayram tədbirində Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Xalq artisti, hərbi dirijor Yusif Axundzadə, “Bakılı oğlanlar” Şən və hazırcavablar klubunun üzvü Vado Korovin, Gürcüstanın Əməkdar incəsənət xadimi Yaşar İmanov qonaq qismində iştirak ediblər.

Tədbirin sonunda Vüqar Baxışov çıxış edərək kollektivi təbrik edib, yeni nailiyyətlər arzulayıb.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.7.