Hindi ədəbiyyatı və mədəniyyəti ilə bağlı seminar

 

 

 

Azərbaycan Dillər Universitetində (ADU) “Hindi dili, ədəbiyyatı, mədəniyyəti və cəmiyyət” adlı seminar keçirilib. Seminarda Hindi Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Səidə Mirzəyevanın dəvəti ilə Hindistanın Ədəbi-Mədəni Araşdırmalar İnstitutunun professoru Pradip Kumar, Maqadh Universitetinin hindi dili müəllimi Şirin Qureyşi, professor Sunita ÇauhanSatiş Kanojiya iştirak ediblər.

Qonaqlar müxtəlif mövzularda mühazirə oxuyublar. Eləcə də ADU-nun hindistanşünaslıq ixtisası üzrə tələbələri Rəşid Tağıyev və Tofiq Vəliyev, mərkəzin “Sanqat klubunun üzvləri Rəna Əliyeva, Aida Maqsudova, Konfutsi İnstitutunun tələbəsi Hüseyn Mirzə və baş müəllimi Sevda Abuzərli mühazirələrlə çıxış ediblər.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.5.