Xalq artisti Amaliya Pənahova yad ediləcək

 

 

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.

Xatirə axşamı Mədəniyyət Nazirliyi, Mədəniyyət kanalı, Beynəlxalq Muğam Mərkəzi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Söz ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. A.Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrı aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.2.