Naxçıvanlı bəstəkarın yubiley gecəsi

 

 

 

Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək tədbirdə bəstəkarın yaradıcılığından söz açılacaq, Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin sinfində  sənətin sirlərini mənimsəyən K.Əhmədov təhsil illərində müxtəlif janrlarda əsərlər yazıb, diplom işi olanCavidsimfonik poeması maraqla qarşılanıb. Mahnı yaradıcılığında naxçıvanlı şairlərin əsərlərinə müraciət edən bəstəkar “Qızlar bulağı”, “Qoşa çinar”, “Saçlarıma qar da yağdı”, “Zəfər marşı”, “Milli Ordumuz”, “Unutdun məni”, “Keçmə” və s. mahnıların, həmçinin “Cəngi”, “Süita”, “Naxçıvan eskizləri”, “Rekviyemkimi orkestr əsərlərinin, tamaşalara musiqilərin müəllifidir.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.4.