Uşaqların əl işləri sərgilənib

 

 

 

Xətai Sənət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş sərgidə “Qızıl Ay” rəsm kursunun 50-dən çox üzvünün əl işləri nümayiş edilib. Sərgidə, həmçinin “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişiolub. Uşaqların çəkdikləri moda eskizləri əsasında tikilən geyimlər maraqla qarşılanıb.

Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə layihəsi olan sərginin keçirilməsində məqsəd uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirməkdir.

Dəb nümayişi isə uşaqlarda özünüifadə və özünütəqdimat bacarığını inkişaf etdirmək məqsədilə təşkil edilib.

Sonda iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.5.