Azərbaycan filmləri Qazaxıstan telekanalında

 

 

 

Qazaxıstanın “El Arnateleviziya kanalında yanvarın 7-də Azərbaycan filmlərinin nümayişi başlanıb. Filmlərimiz bir həftə ərzində hər gün göstəriləcək.

“Azərbaycan kino həftəsi”ndə “Nizami”, “Bir qalanın sirri”, “Qayınana”, “Arşın mal alan”, “Məhəbbət haqqında dastan”, “Onun böyük ürəyi”, “Ögey ana”, “Gün keçdi” və başqa filmlər qazax dilində subtitrlərlə “El Arna” telekanalının tamaşaçılarına təqdim olunacaq.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.8.