Musiqi məktəbində nəzəriyyə olimpiadası

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində III nəzəriyyə olimpiadası keçirilib.

Məktəbdaxili olimpiadada 5 komanda həm şifahi, həm də musiqi materialı əsasında biliklərini sınayıb.

Tədbir zamanı şagirdlər xalq çalğı alətləri orkestri, “Cırtdan” xoru, skripkaçalanlar ansamblı və müxtəlif alətlərdə çıxış ediblər. Qalib komandaya kubok və fəxri fərman, komandalara təşəkkürnamələr təqdim olunub.

Sonda məktəbin direktoru Məhin Orucova çıxış edərək olimpiadanın təşkilinə görə müəllimlərə təşəkkürünü bildirib və şagirdlərə yeni uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.4.