Dizayner həmvətənimizin kolleksiyaları İstanbulda təqdim edilib

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova İstanbulda keçirilmiş moda həftəsində TuranToxunuş adlı kolleksiyalarını təqdim edib.

Fashion Week İstanbulda Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, TacikistanNepaldan olan 16 dizaynerin kolleksiyaları da sərgilənib. UNICEF-in rəsmi tərəfdaşı olan Africa Fashion Week Europe/Asia Fashion Week Europe (AFWEU) Turkish Heart Foundation ilə əməkdaşlıq edir.

Azərbaycanlı dizayner moda həftəsində iki kolleksiyasından 20 geyim nümunəsi təqdim edib. Onun əlvan kolleksiyaları təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, Gülnarə Xəlilovanın dizayn etdiyi geyimlər daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.8.