rəng mənə yol açdı...

 

Xalq rəssamı Arif Əziz: Gənclərlə çox vaxt emalatxanamda birgə çalışırıq. Onlar olmayanda darıxıram

 

Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyası Bakı nümayəndəliyinin rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Arif Əzizin və tələbələrinin sərgisi açılacaq. Sənətkarın 75 illik yubileyi çərçivəsində təşkil olunan sərgidə Arif müəllimin və 100-ə yaxın tələbəsinin əsərləri nümayiş etdiriləcək.

Müasir Azərbaycan təsviri incəsənətində Arif Əziz yaradıcılığının məxsusi yer var. Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrinin inkişafına töhfələr verib.

İlk təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alan rəssam daha sonra Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində qrafik dizayn ixtisası üzrə təhsilini davam etdirib. 1971-ci ildən Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Yüzlərlə rəssam, dizayner, qrafik və xalçaçının yetişməsində böyük əmək sərf edib. Zəngin yaradıcılığına və pedaqoji fəaliyyətinə görə 1986-cı ildə Şərəf nişanı ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Şöhrət ordeninə, 27 may 2018-ci il tarixli sərəncamla Xalq rəssamı fəxri adına layiq görülüb.

Sərgi ərəfəsində sənətkarla dərs dediyi təhsil ocağında görüşüb həmsöhbət olduq.

- Arif müəllim, yola saldığımız 2018-ci il sizin üçün uğurlu oldu. Orden və fəxri adla təltif olundunuz. Qarşıda tələbələrinizlə birgə sərginiz olacaq. Nə hislər keçirirsiniz?

- Təbii ki, ötən il mənim üçün çox uğurlu oldu. Cənab Prezidentin sərəncamları ilə Şöhrət ordeniXalq rəssamı fəxri adı ilə təltif edildim. Yaradıcılığıma verilən qiymətə görə ölkə başçısına bir daha təşəkkürümü bildirirəm. Qarşıdakı sərgiyə gəldikdə, demək istərdim ki, bu mənim çoxdankı arzum idi. Sərgidə əsərləri nümayiş olunacaq tələbələrimin çoxu artıq adlı-sanlı rəssamlardır. İstəyirdim ki, bir gün onları bir yerə yığım, bir-birlərini tanısınlar. Çünki bu rəssamlar sırasında sovet dövrü və müstəqillik illərində məndən dərs alanlar var. Müxtəlif siyasi quruluşlarda sənətə gəldikləri üçün onların üslubu, düşüncəsi, sənət axtarışları müxtəlifdir. Ona görə də onlarla bir yerdə sərgi təşkil etmək istəyirdim. 48 il ərzində 300-ə yaxın tələbəm olub. Onlardan yalnız 100 nəfəri sərgiyə dəvət edə bildik. Artıq çox nəfis bir kataloq da hazırlanıb. Sərgidə 30-a yaxın öz işim nümayiş olunacaq. Bu formatda sərgi ilk dəfədir ki, keçirilir.

- rəngi qəlbinizin aynası kimi səciyyələndirirsiniz. Bu rəngə bağlılığınızı necə izah edərdiniz?

- Hər bir rəssamın öz yolu var. Azərbaycan sənətini ucaldan rəssamlarımız Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Natiq Əliyev və başqaları Moskvada, Sankt-Peterburqda, Kiyevdə oxuyub gəlirdilər. Təbii ki, bu məktəblərdə bizə bütün akademik dərslər keçilirdi. Mən də onlar kimi qayıdıb gələndən sonra fəaliyyətə başladım. Amma hiss edirdim ki, yaradıcılıqda oxşarlıq var. İnsan həmişə istəyir ki, özü olsun. Ona görə də axtarışda idim. rəngə bağlılığımın da tarixçəsi var. Anam rəhmətə gedəndə mən sanki onun ruhunun göylərə necə qalxdığını görə bildim. O ruh elə bil ki, mənə kədər bəxş etməklə yanaşı, həm də bir yol açdı, təkan verdi. Həmin hadisədən sonra bütün rəsmlərimdə konturlardan istifadə etməyə başladım. Axırda bütün rəsmlərim rəngə bağlandı. rənglə işləyən zaman forma və hissiyyatı saxlamaq çətindir. rəng saflıq və təmizlikdir, ürəkdən gələn rəngdir. Mən rəngə bilərəkdən üz tutmadım və o, yaradıcılığıma birdən-birə gəldi. Bilirsiniz ki, mən 4-5 il Türkiyədə çalışmışam və orada mənim sərgim açılanda adını Arif Əziz bəyaz qoymuşdular. Nədənsə kompozisiyaları daha çox rəngin üzərində açmağa çalışıram. Mən iki yol gedirəm öz yolum olan rəng və digər rənglərlə. Bu yaşda hiss edirəm ki, dost-tanışlar da dəst-xəttimi bəyənirlər və bu məni çox sevindirir. Hər bir yaradıcı insanın öz daxili dünyası, öz yolu olmalıdır ki, bütün bunları əsərlərində və rənglərin harmoniyasında göstərə bilsin. Təbii ki, mən başqa yol ilə də gedə bilərdim. Hətta Moskvada teatr rəssamlığı üzrə də çalışmışam. Nə isə bu yol mənə daha yaxın oldu. Əsərlərimə baxan insanların düşünməsini arzulayıram. Çünki bəzən adamı bir fikir narahat edir ki, bəlkə heç əsərlərimi heç kim başa düşmür, yaxud heç kimə lazım deyil.

- Otaqlardakı əsərlərdən hiss olunur ki, tələbələriniz sizi çox sevir. Gələcəyin rəssamlarını necə görürsünüz?

- Gənclər hər zaman ümidvericidir. Həm valideynləri, həm də cəmiyyət üçün. Bu gün sənəti sevən və müəllimdən öyrənməyə çalışan tələbələrimiz çoxdur. Təbii ki, zəif tələbələr də var. Ümumilikdə isə mən tələbələrimi sevirəm. Tələbələrim də məni çox sevirlər. Ötən ilin may ayında universitetimizdə tələbələrimlə birgə sərgimi təşkil etdik. Qarşıdakı sərgi də həmin ideyadan yarandı. Magistr tələbələrim var ki, hər biri istedadlı və çox çalışqandır. Onu da diqqətə çatdırım ki, biz mütəmadi olaraq burada tələbələrimizin işlərinin satışını təşkil edirik. Bu satış onların dərs vəsaitlərini əldə etməsinə kömək olur. Onlar həvəslə çalışır, çoxlu kitab oxuyurlar. Bu mənə çox xoş təsir bağışlayır. Gənclərlə çox vaxt emalatxanamda birgə çalışırıq və onlar olmayanda darıxıram.

- Bu təhsil ocağında tədris bir qədər spesifikdir...

- Bəli, bizim universitetdə incəsənətin bütün sahələri cəmləndiyi üçün çalışırıq ki, rəssamlar fakültələrlə əməkdaşlıq etsinlər. Əgər hər hansı bir qrup tamaşa qoyursa, bizim tələbələr onlara dekorasiya, tərtibat geyim eskizlərində yardımçı olurlar. Bu da tədrisin keyfiyyətinə, tələbələrin öz sahələri üzrə təcrübə qazanmasına kömək edir.

- Rəssamlıqda məktəb, ənənələr çox önəmlidir?

- Bəli, önəmlidir. Amma bir şərtlə ki, gərək o məktəbin içində itib-batmayasan, öz yolunu tapa biləsən. Bu gün gənc rəssamlara tövsiyəm budur ki, öz ixtisaslarına dərindən yiyələnsinlər, çoxlu kitab oxusunlar, dil öyrənsinlər müasir texnikadan istifadəni mənimsəsinlər.

- Ötən il yaradıcılıq üslubunuz Londonda gənc alman modelyer Leoni Mergenin diqqətini çəkdi London moda həftəsində onun kolleksiyasında öz əksini tapdı. Bu layihələr davam edəcəkmi?

- Həmin tədbirdə özümiştirak etdimçox maraqlı idi. Əməkdaşlıq tam təsadüf nəticəsində baş vermişdi. Almaniyadakı sərgimdə həmin xanım mənimlə tanış oldu və əməkdaşlıq təklifi etdi. Bir işdən 11 kolleksiya hazırlanmışdı. Hələ 1996-cı ildə Türkiyədə işlərimdən iki qalstuk nümunəsi satışa çıxarılmışdı. Bundan əlavə, ABŞ-da da modelyerlər əsərlərimdən istifadə ediblər.

- Dünya Rəssamlıq Akademiyası ilə əlaqələr hansı səviyyədədir?

- Bu qurumla əməkdaşlığımız davam edir. Ötən il bir neçə böyük layihə və tədbirlərimiz reallaşdı, beynəlxalq sərgilər keçirildi. Son beynəlxalq sərgidə on bir ölkədən rəssamlar iştirak edirdi.

- Qarşıda nə kimi planlarınız var?

- Bakı sərgisindən sonra Ankarada Xocalı soyqırımı ilə bağlı sərgidə iştirak edəcəyəm. Ölkəmizdən sənətşünaslar da bu tədbirə dəvət alıblar. Martın 7-də İstanbulda sərgim açılacaq və 106 əsərim nümayiş olunacaq. Fürsətdən istifadə edib bütün oxuculara və sənətsevərlərə, xüsusilə Mədəniyyət qəzetinin kollektivinə yeni ildə cansağlığı və bol nailiyyət arzulayıram.

 

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 11 yanvar.- S.1;5.