İkili standart... qanlı akt Nobel sülh mükafatı...

 

Ukrayna portalında 20 Yanvar haqqında məqalə

 

Ukraynanın versii.com saytında İkili standart: SSRİ, ABŞ Paris görüşməsi, qanlı akt Nobel sülh mükafatı... sərlövhəli məqalə dərc olunub.

Həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin məqaləsində qeyd olunur ki, 1990-cı ilin 20 yanvarı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hissələri Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Nəticədə 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb. Mixail Qorbaçovun başçılığı ilə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı hərbi birləşmələrin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı.

Müəllif bildirir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə getdi 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.

Məqalədə 20 Yanvar faciəsinin tarixi xronologiyasına da yer ayrılıb.

 

Mədəniyyət.- 2019.- 11 yanvar.- S.6.