Rəqs ansamblları “Qış fantaziyası”nda uğur qazanıb

 

 

 

Gürcüstanın Barjomi şəhərində “Qış fantaziyası 2018” rəqs festivalı keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, festivalda Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasının “Köhnə Bakı” və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə üzrə mərkəzin “Xəzri” rəqs ansamblları uğurla iştirak edərək birinci yerə layiq görülüblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov festivalda nailiyyət qazanan rəqs ansambllarının kollektivi ilə görüşüb və onları təbrik edib.

 

Mədəniyyət.- 2019.- 11 yanvar.- S.3.