“Kitabların qanadlarında”

 

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanalarında “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi keçirilir.

Üç mərhələdən ibarət müsabiqədə hər mərhələdən 3 nəfər fəal oxucu seçilib. Yekun olaraq final mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.

Mütaliənin təşviqi ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra tədbirlər görülüb.  Bu sırada “açıq kitabxana”, “book kafe” layihələrinin də xüsusi yeri var. Şagirdlərdə və gənclərdə mütaliəyə həvəsi daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək kitabxana işçilərinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.3.