Regional idarənin müşavirəsi

 

 

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən idarənin rəisi Mehman Şükürov 2019-cu ildə qarşıda duran məsələlər və görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını iştirakçıların diqqətinə çatdırıb. Bu il Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı tədbirlər planının və yeni layihələrin hazırlanması barədə söhbət açılıb.

Sonra rəis müavini İlham Əhmədov 2018-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. O, ötən il müəssisələr üzrə ümumilikdə 5800-dən çox tədbir keçirildiyini, tədbirlər barədə məlumatların idarənin saytında (http://sumgait.mctgov.az/), “Facebook” səhifəsində, eləcə də respublikanın mətbu orqanlarında işıqlandırıldığını qeyd edib. İdarənin rəsmi “İnstagram” və “Twitter” səhifələrinin, “Youtube” kanalının açılması ilə bağlı məlumat verilib.

Daha sonra idarənin digər əməkdaşlarının və bəzi müəssisə rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, ötən il Şuşa və Zəngilan rayonlarının folklor ansamblları yaradılıb, muzey fondları zənginləşdirilib.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.3.