Bakıda qəhvə çay festivalı

 

Yanvarın 11-dən 13-dək Bakının keçmiş Pasaj bazarı ərazisindəki Passaj 1901 restoran kompleksində qəhvə çay festivalı (Baku Coffee & Tea Festival) keçirilib. Festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.

Beynəlxalq Qəhvə Birliyinin Azərbaycan üzrə nümayəndəsi Aynur Tağıyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay qədər məşhur etməkdir. İkinci dəfə təşkil olunan tədbirə öz qəhvə mədəniyyəti ilə tanınan Türkiyə Kolumbiyanın ölkəmizdəki səfirlikləri qatılıb.

Festivalda ziyarətçilərə türk qəhvəsi və şirniyyatları təqdim olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi bu il türk qəhvəsi ilə bağlı geniş təqdimat günləri və sərgilər keçirməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.

 

Mədəniyyət.-2019.- 16 yanvar.- S.8.