Müstəqilliyə aparan yolnümayiş olunur

 

 

 

Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlananMüstəqilliyə aparan yoladlı poetik xalq tamaşası rayonun işğaldan azad olunmuş kəndlərində, yeni salınmış qəsəbələrdə N saylı hərbi hissələrdə nümayiş olunur.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan, 20 Yanvar şəhidlərinin həyat hekayəsini və qəhrəmanlıqlarının əks olduğu tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Sehran Xanlarov və başqaları çıxış edir.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.4.