Niyazinin əsərləri səsləndirilib

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq incəsənət məktəbində görkəmli dirijor və bəstəkar Niyazinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müdiri Zenfira Bağırzadə açaraq maestronun dünya musiqi tarixində tutduğu yerverdiyi töhfələr barədə məlumat verib. Bildirib ki, Niyazi bir çox xarici ölkə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə dirijorluq edərək onlara yeni nəfəs gətirib.

Tədbirdə bəstəkarın “Vətən” mahnısı, “Arzu” romansı, “XosrovŞirin” operasından “Şirinin ariyası” səsləndirilib. Sonda Niyazinin dirijorluq etdiyiKoroğlu” operasından uvertüra təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.3.