Şəhidlərin xatirəsi yad edilib

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən “20 Yanvar - şərəf və qürur günümüz” adlı biblioqrafik icmal hazırlanaraq kitabxananın saytında yerləşdirilib.

Oxucularla “20 Yanvar faciəsi” adı altında müzakirə aparılıb, Azərbaycanın Milli Qəhrəmanları Gültəkin Əsgərova və Şirin Mirzəyevə həsr olunmuş filmlərə baxış keçirilib.

Yanvarın 16-da kitabxana tərəfindən Qanlı Yanvar faciəsində həlak olanların ailə üzvləri ilə Şəhidlər xiyabanında görüş təşkil edilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 29 il əvvəl Bakıda törədilən qırğın barədə danışıb.

20 Yanvar şəhidlərindən İlham Allahverdiyevin yaxın qohumudostu Füzuli Quliyev o qanlı günün canlı şahidi kimi təəssüratlarını bölüşüb.

Sonra şəhidlərin məzarları üstünə gül dəstələri qoyulub.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.2.